146
logo

Şagirdlər Vətən müharibəsi iştirakçısı olan müəllim ilə birlikdə “Zəfər” kitabı yazacaq

  • Çərşənbə axşamı 26 Oktyabr 2021



Təhsil Nazirlyinin Təhsildə İnkişaf və İnovasiyalar üzrə V Qrant Müsabiqəsi çərçivəsində “Zəfər klubu” yaradılıb. 

T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının tərəfdaşlığı ilə yaradılan “Zəfər klubu”nda Vətən müharibəsi iştirakçıları ilə şagirdlərin görüşü təşkil ediləcək, şagirdlərin yazı yazmaq bacarıqlarının inkişafı üçün ustad dərsləri keçiriləcək, görüşlərdən əldə edilən informasiyalar hekayələşdiriləcək. Beləliklə, layihə rəhbəri, Vətən müharibəsi iştirakçısı, Xızı rayon  Türkoba ümumi orta məktəbininin tarix müəllimi, Xocavəndin azad edilməsinə görə medalla təlif edilən prezident mükafatçısı Emin Piriyevin və şagirdlərin hekayələrindən ibarət kitab çap ediləcək.

Görüşlər və ustad dərsləri hər şənbə onlayn formatda təşkil olunacaq.


Layihədə iştirak etmək, çap olunacaq kitabda şagirdlərinin hekayələrinin yer almasını istəyən məktəblər, müəllimlər T-Network platforması ilə əlaqə yarada bilərlər.