146
logo

“Qeyri-standart terapiya” layihəsinin növbəti təlimi keçirildi

  • Cümə axşamı 28 Oktyabr 2021



Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsində qalib olan “Qeyri-standart terapiya” layihəsi çərçivəsində 2-ci art terapiya keçirildi.

 

Art terapiyanın 2-ci günündə oyun terapiyasından istifadə olunaraq şagirdlər qruplara bölündü. Psixoloq İlahə Dadaşova qrup daxilində ünsiyyət bacarığı, qarşılıqlı kömək xüsusiyyətlərini inkişaf etdirən müxtəlif oyunlar keçirdi.Oyun terapiyası zamanı təfəkkürün və təxəyyülün inkişafı üçün konstruktorlardan istifadə edildi.


Qeyd edək ki, layihənin məqsədi 15 nəfər valideyn himayəsindən məhrum olmuş uşaqlarla art terapiyanın keçirilməsi və onların əylənərək problemlərinin həll olunmasını, aqressiya, narahatlıqlardan azad olub daha uyumlu olmasını, qabiliyyət və bacarıqlarının kəşf edilməsini, sosial adaptasiyanın artılıması, onlar üçün maneəsiz yaradıcı mühit yaratmaqdan ibarətdir.


4 gün keçirilməsi nəzərdə tutulan art terapiyalarda Bakı şəhərində yerləşən valideyn himayəsindən məhrum uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbinin 15 şagirdi iştirak edir.