146
logo

Aylıq hesabatların dinlənilməsinə başlanılıb

  • Şənbə 30 Oktyabr 2021



Oktyabrın 30-da Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinin dəstəyi ilə  icra olunan  layihələrin bir qisminin  aylıq hesabatı dinlənilib. 

Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Elvin Rüstəmov müzakirəni giriş sözü ilə açaraq layihələrərin səmərəliliyini və əhəmiyyətini vurğulayıb. 

Videokonfrans formatında keçirilən tədbirdə layihə rəhbərləri - Ceyhun Bayramlı “Coursera kursları –Gələcək Karyera Quruculuğunda”, Dilarə Cəbrayilova “Məktəblinin yeni dostu: Khan Academy Azərbaycanca”, Rauf Rəhimov “İnteraktiv Geogebra Platforması Azərbaycan dilində”, İlahə Əlili  “Xarici dilləri Duolingo ilə öyrənək” , Qəmzə Süleymanova “"Duolingo" pəncərəsi ilə Azərbaycandan dünyaya”, Yeganə Ramazanova “Riyaziyata toxunaq, öyrənək”, Ayla Ismayilova “3D Artırılmış Reallıq vasitəsilə əyləncəli öyrənmə” , Arzu Süleymanova “İnklüziv təhsildə məktəbə hazırlıq mərhələsinin interaktivləşdirilməsi” layhələrinin fəaliyyətinə dair hesabatlar təqdim etdilər. 

Layihə rəhbərlərinin “Microsoft Teams” platforması üzərindən məruzə etdikləri hesabatlar geniş müzakirə edildi. 

Sonda layihələrin fəaliyətində mövcud problemlərin həllindən, qarşıda duran əsas vəzifələrin icrası istiqamətində zəruri tövsiyələr verildi. 

Qeyd edək ki, hissə-hissə bütün layihələrin fəaliyyətinə dair hesabat məruzəsi davam edəcək.

 Məlumat üçün bildirək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsində qalib olmuş 179 layihənin 174-nün  pandemiya şəraitinə uyğun olaraq əyani və onlayn icrasına başlanılıb, növbəti aylarda isə digər 5 layihənin icrasına start veriləcək.