Təhsildə innovasiyalar üzrə V Qrant müsabiqəsinin dəstəyi ilə "Şəbəkə" adlı layihə icra olunmağa başlayıb.
Layihənin
açılış tədbirdə Milli Olimpiya Komitəsinin marketinq şöbəsinin müdiri Mehman Kərimov,
"Rio2016 Yay Olimpiya oyunları"nın mükafatçısı, Dünya və Avropa
çempionu güləşçi Rəsul Çunayev, "Boccia İdman Federasiyası"nın baş
katibi və baş məşqçisi İlham Məhərrəmov, həmçinin idmançı heyəti, Səbail rayon
189-190 nömrəli məktəbin şagirdləri, məktəbin direktoru Ceyran Kuliyeva və müəllim
heyəti iştirak edib.
Layihənin məqsədi
OCEP (Olimpiya mədəniyyət və təhsil proqramı) məktəblilərin birgə onlayn təlim,
Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsinin birgə təşkilatçılığı
olduğu müxtəlif fəaliyyətlərin məktəblilərə aşılamaqdır.
Bundan başqa,
Boccia idman növü ilə əlaqədar seminar və praktik təlimlərin keçirilməsi nəzərdə
tutulub.
Xatırladaq ki,
hazırda Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi çərçivəsində
qalib layihələrin icrası uğurla davam etdirilir.