146
logo

Təlimlər davam edir

  • Bazar ertəsi 15 Noyabr 2021



Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi çərçivəsində "Fərdi" kateqoriya üzrə qalib olan Diskalkuliya - Hesablama Çətinliyi» layihəsinin icra planına uyğun olaraq təlimlər davam edir.


191 nömrəli tam orta məktəbdə keçirilən təlimə məktəbin müəllimləri və valideynlər cəlb olunmuşdur. 

 

Tədbir başlamazdan öncə respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsinə bir dəqiqəlik sükut elan edilib, Dövlət himni səsləndirilib.

 

Təlimdə layihə təklifinin aktuallığı, layihənin məqsədi, vəzifələri, görüləcək işlər  və gözlənilən nəticələr barədə layihə rəhbəri Nərgiz Məmmədli , Diskalkuliyanın dövrumüzdə olan aktuallığı, əlamətləri, korreksiya yolları, valideyn və müəllim əməkdaşlığından layihənin təlimçisi Çinarə Məmmədova , Diskalkuliyanın psixoloji tərəfləri mövzusunda Zəhra Əhmədova çıxış etmişdir. Məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

 

Daha sonra Nərgiz Məmmədli tərəfindən  hazırlanmış   " Diskalkuliya- Hesablama Çətinliyi "nin əyani  vəsaiti təqdim edildi.

 

Təlimin sonunda iştirakçılar sertifikat ilə təltif olundular.