"Oyun ustası" adlı yarış keçirildi
Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant
müsabiqəsinin qalib olan "Şəbəkə" layihəsi çərçivəsində
icra planına uyğun olaraq "Oyun ustası" adlı yarış keçirildi.
Olimpiyaçı, cüdo üzrə yığma komandanın
kapitanı, Atletlər komissiyasının sədri Rüstəm Orucov, Milli Olimpiya
Komitəsinin beynəlxalq əlaqələr üzrə rəhbəri Ceyhun Bayramov, Action qrup şirkətinin rəhbərləri Oktay Məmmədov, Natiq Əliyev, 189-190 nömrəli məktəbin direktoru Ceyran
Kuliyeva layihə çərçivəsində 189-190 nömrəli
məktəbdə keçirilən yarışın gedişini izləyiblər.
Qeyd edək ki, yarışda 3 məktəb medallar uğrunda mübarizə apardı və qaliblər hakimlər tərəfindən
oyunda xal prinsipinə uyğun olaraq müəyyən edildi.
Yarışın
nəticəsi olaraq I yeri 189-190 nömrəli məktəb, II yeri 2 nömrəli məktəb lisey, III yeri 193 nömrəli məktəbin komandaları tutub.
Yarışın sonunda layihə
rəhbəri Namiq Cəfərov çıxış edərək qalibləri təbrik etdi, yarış iştirakçılarına
və qonaqlara təşəkkürünü bildirdi.
Yekunda birinci, ikinci və üçüncü
yerləri tutan komanda iştirakçılarına medallar təqdim edildi.
Video üçün keçid: (https://www.youtube.com/watch?v=erDyfUr_cDo)