146
logo

Məktəblilər İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinə ekskursiya ediblər

  • Cümə 19 Noyabr 2021



Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi" nin qalib layihəsi olan “Mənim peşəm mənim gələcəyimdir!” adlı layihə çərçivəsində İsmayıllı rayonu Yeniyol kənd tam orta məktəbinin VIII-XI sinif şagirdləri arasında seçilmiş 30-a qədər məktəblinin İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinə ekskursiyası təşkil edilib.

İsmayıllı Dövlət Peşə Təhsil Müəssisənin direktoru Zaur Muradov qonaqları salamlayaraq layihə iştirakçılarına müxtəlif sənət növləri və peşələr haqqında ətraflı məlumat verib. Ardınca müəssisə rəhbəri məktəblilərə müxtəlif sənət növləri üzrə ilkin nəzəri və praktiki biliklərin aşılanmasına məqsədi ilə qonaqları peşə sinifləri ilə tanış edib. Burada məktəblilər peşə ixtisasları barədə geniş məlumatlandırılıb. 

Qonaqlar İsmayıllı Peşə Tədris mərkəzinin dülgər, çilingər, aşpaz və santexnik, mebel quraşdırma, aqronom, dərzi, bərbər, xalçaçılıq, İKT, turizm və informatika otaqlarında olublar, müxtəlif peşə ixtisasının tədrisi prosesini izləyiblər. Ekskursiya zamanı müxtəlif peşə növləri ilə bağlı şagirdlərin sualları cavablandırılıb.

Qeyd edək ki, ekskursiyanı keçirməkdə məqsəd məktəblilərin maraqlarına, bacarıqlarına, qabiliyyətlərinə, şəxsi keyfiyyətlərinə uyğun olaraq müvafiq ixtisas, peşə seçiminə yönəldilməsi, onlara peşə məsləhətlərinin verilməsinə nail olmaqdır.