Beynəlxalq və yerli təlimçilərdən ibarət komandamızla təlimlərə davam edirik
Ümumi təhsil
müəssisələrində çalışan təhsilverənlər üçün “Layihə planlaşdırılması və layihə
təklifinin yazılması” üzrə təlimlərin keçirilməsi davam edir.
Noyabrın
22-dən həyata keçirilən və hazırda davam edən təlimlərə 1 həftə ərzində ölkənin
müxtəlif yerlərindən 500-ə yaxın pedaqoji heyət cəlb edilib. Təlimlərə Bakı
şəhəri və digər regionlardan ümumi təhsil müəssisələrində çalışan 4371 təhsilverənin cəlb edilməsi hədəflənib.
Effektiv
layihə təklifinin hazırlanması və yazılması bacarıqlarının aşılanması məqsədi
ilə keçirilən təlimlərdə layihə təklifinin hazırlanması prosesi, mühitin və
ehtiyacların araşdırılması, ideyanın formalaşması, layihənin inkişafı və layihə
təklifinin yazılma prinsiplərinin müəyyənləşdirilməsi, Logical Framework (LF)
yanaşması ilə layihənin dizayn edilməsi, layihə təklifi hazırlayarkən
monitorinq və qiymətləndirmə prinsipləirindən istifadə edilməsi, və s. kimi
mövzulat tədris olunur.
50 nəfərə yaxın beynəlxalq və yerli təlimçilərdən ibarət komandamızla təlimləri keçməyə davam edirik. Ümid edirik ki, təlimlər zamanı əldə edilən təcrübə, bilik və bacarıqlar uğurlu layihələrin reallaşdırılmasına təkan verəcək.
Qeyd edək ki, təhsilverənlər ərazi üzrə təhsili idarəetmə qurumlarına müraciət etməklə təlimlərə qatıla bilərlər.