146
logo

Məktəb “səması”nda dronlar

  • Bazar ertəsi 6 Dekabr 2021



Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinin qalib olan "Şəbəkə" layihəsi çərçivəsində "Dron” təlimi keçirildi.

Təlimin keçirilməsində məqsəd məktəblilərə Dronların quruluşu və onun idarə edilməsi ilə bağlı göstərişlərin verilməsidir.

Məktəblilər qarşıda Dronla bağlı keçiriləcək yarışda iştirak etmək üçün Dron uçuşlarını da həyata  keçirdilər. 

Təlim AREA Akademiyası tərəfindən təcrübəli təlimçi Məhəmməd Əliyev  tərəfindən  keçirilmişdir.

Qeyd edək ki, “Harop”, “Bayrakdar”, “İti qovan” adlı dronlar Vətən müharibəsində qələbənin əsas simvollarından olmuşdur. Məktəblilərin erkən yaşda bu prosesə cəlb olunması peşəkar mütəxəssislərin yetişdirilməsi baxımından olduqca əhəmiyyətlidir.