Bloq yaradarkən istifadə olunacaq Veb 2.0 alətləri
Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Qrant Müsabiqəsinin "Müasir müəllimin pedaqoji saytı" adlı qalib layihəsi ilə Türkiyənin EYUDER dərnəyinin əməkdaşlığı çərçivəsində dərnəyin təhsil məsləhətçisi Hüseyn Ertürkün təqdimatında "Bloq yaradarkən istifadə olunacaq Veb 2.0 alətləri" mövzusunda onlayn vebinar keçirilmişdir. Tədbir “Zoom” platforması üzərindən təşkil edilmişdir.
Maraqlı keçən vebinarda bloq yaradarkən lazım olan 10-a yaxın Veb2.0 alətləri təqdim edildi.
Sonda müəllimləri maraqlandıran suallar cavablandırıldı və bir sıra tövsiyyələr verildi.
Məlumat üçün qeyd edək ki, vebinarda 50-yə yaxın müəllim iştirak etdi.