"Zəfər bizimdir" layihəsi çərçivəsində vətənpərvərlik mövzularında onlayn təlimlər
Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsinin qalibi olmuş Lənkəran rayonu Ləj kənd N.Aslanov adına tam orta məktəbinin müəllimi Aqşin Əliyevin rəhbəri olduğu “Zəfər bizimdir” layihəsinin icra planına uyğun olaraq Lənkəran rayonu Ləj kənd N.Aslanov adına tam orta məktəbi 20 ədəd müasir Samsung modelli planşetlərlə təchiz olunub. Planşetlərdən səmərəli istifadəni öyrətmək məqsədi ilə onlayn qaydada təlimlərə başlanılıb.
06.12.2021 tarixində həmin məktəbin 7-ci sinif şagirdlərinin iştirakı ilə "Şəhidlər ölməz!" mövzusunda onlayn təlim həyata keçirilib. Təlimi layihənin rəhbəri Aqşin Əliyev keçib.
Təlim zamanı vətən yolunda şəhid olan insanlar xatırlanaraq onların şücaətlərindən danışılıb, Vətənimizin varlığında şəhidlərin rolu şərh edilib.