Psixodiaqnostik testlərdən keçmiş şagirdlərlə görüş
V Qrant müsabiqənin qalibi olmuş "Güclü SƏN " layihəsinin növbəti görüşü baş tutmuşdur.
Əvvəlcədən layihə çərçivəsində şagirdlər arasında Psixodiaqnostik testlər keçirilmiş və layihənin təlimlərində iştirak edəcək 50 nəfər şagird seçilmişdir. Tədbirdə həmin testlər nəticəsində seçilmiş 50 nəfər şagirdlə görüş baş tutmuşdur.
Görüşdə həmçinin layihə rəhbəri Teymur Həmidov, layihə koordinatoru Zərifə Məmmədova, layihənin eksperti Etiram Sadıqzadə, təhsil meneceri Mələk Hacıyeva və psixoloqlar iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Teymur Həmidov layihənin mahiyyəti haqqında qısa olaraq fikir bildirdi. Daha sonra layihə koordinatoru Məmmədova Zərifə , təhsil meneceri Mələk Hacıyeva layihə ilə bağlı fikirlərini bildirdilər. Layihə eksperti Etiram Sadıqzadə layihənin fəaliyyət planına əsasən bu görüşdə layihədə iştirak hüququ qazanan şagirdlərlə təlimlərin keçirilməsi haqqında söhbət apardı.
Təlimlərin qrup şəkilində keçiriləcəyi, mövzular və sair məsələlər haqqında geniş şəkildə məlumatlar verdi.
Tədbirin sonunda layihədə iştirak edəcək şagirdlərə üzərində layihənin loqosu olan köynəklər paylanıldı.
Qeyd edək ki, hazırda layihənin icrası uğurla davam etdirilir.