Bölgə müəllimindən istedadlı şagirdləri üzə çıxaracaq maraqlı layihə!
           Təhsildə  inkişaf   və innovasiyalar  üzrə III qrant müsabiqəsinin qalibi olmuş Vasif Zeynalov “Gələcəyin fizikləri”  adlı layihə çərçivəsində Şirvan şəhərində təhsil alan 9–cu sinif şagirdləri üçün fizika fənni üzrə olimpiada dərsləri təşkil edilib. Layihəyə başlamazdan əvvəl 200 şagird arasında 30 sualdan ibarət imtahan keçirildi və ən yaxşı nəticə göstərən 25 şagird seçildi. Seçilmiş şagirdlərə fizika fənnini daha dərindən mənimsətmək və onların  Respublika  Fənn Olimpiadalarında iştirakını təmin etmək məqsədilə həftədə 3 gün olmaqla dərslər təşkil olundu . 
          Şagirdlərin bilik və bacarıqlarını mütəmadi izləmək üçün hər ay bir dəfə olmaqla ( ümumi 4 dəfə) sınaq imtahanı təşkil olunur və nəticələr müzakirə edilir. 
            Layihənin müddəti 4 aydır. İştirak edən şagirdlərə sadəcə nəzəri deyil, həm də praktiki biliklər verilir. Bu məqsədlə, layihə müddətində şagirdlər üçün Şamaxı Astrofizika Rəsədxanasına ekskursiyası təşkil olundu. Yaxın günlərdə şagirdlər  Hədəf  STEM  liseyinin fizika laboratoriyasına ekskursiyada iştirak edəcəklər. Layihənin ən üstün cəhətlərindən biri də istedadlı şagirdlərin üzə çıxarılmasıdır”.
                        
                            
                        
                         
                                             
                                             
                                             
                                             
                                             
                                             
                                        