146
logo

STEAM Azərbaycan Festivalı 2021” yarışmasının qalibləri təyin olundu!

  • Cümə 10 Dekabr 2021



Dekabrın 10-da Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin dəstəyi ilə STEAM Azərbaycan layihəsi çərçivəsində “STEAM Azərbaycan Festivalı 2021”in bağlanış mərasimi keçirilib.

 

Mərasimdə təhsil naziri Emin Əmrullayev, millət vəkilləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Ölkənin 6-11-ci sinif şagirdləri üçün ilk dəfə təşkil edilən festivalın keçirilməsində məqsəd müxtəlif ideyaları ilə fərqlənən istedadlı və yaradıcı şagirdlərin aşkar olunması, təhsilalanlar arasında yeni əməkdaşlıq və ünsiyyət imkanlarının inkişaf etdirilməsidir.
 Festival çərçivəsində 10 kateqoriya üzrə - “STEAM open (makerthon)”, “Hackathon”, “Mıcro:Bıt”, “Lego sumo”, “Lıne follower”, “3D Cad”, “Short movıe”, “Edu drone”, “Humanoıd robot” yarışlar təşkil edilib. Festivala regionlardan 91 komandadan 374 iştirakçı, paytaxt üzrə 198 komandadan 518 iştirakçı olmaqla, ümumilikdə 289 komandadan 892 iştirakçı qatılıb. 

Tədbirdə çıxış edən təhsil naziri Emin Əmrullayev festivalın keçirilməsində əməyi olan şəxslərə təşəkkürünü bildirib,  qalib komandaları təbrik edərək onlara uğurlar arzulayıb.

Məlumat üçün bildirək ki, festivalda Təhsildə inkişaf və innovasialar üzrə V qrant müsabiqəsinin qalib layihələrinin rəhbərləri, layihə menecerləri və həmin layihələrin şagirdləri 10 kateqoriya üzrə müxtəlif qurğularla yarışda  qatılıblar.

Qaliblərimiz:

I yer –Telli Hüseynova - Layihə rəhbəri (Layihə adı: "Virtual Robotlar")

II yer – Fatma Əfəndiyeva - Layihə rəhbəri (Layihə adı: "Balakənli proqramçılar")

III yer - Könül Təhməzova - Layihə rəhbəri (Lahiyə adı: Təhsildə 3D texnologiyasının tətbiqi)

III yer – Elnarə Nərimanova – Layihə meneceri( Layihənin adı: “Enerjini özün YARAT!”)

 

Tədbirin sonunda qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Qalib komandanın üzvləri medal və hədiyyələrlə təltif olunublar.

Biz də müsabiqənin qaliblərini təbrik edir, bütün iştirakçılara gələcəkdə daha yüksək uğurlar arzulayırıq.