146
logo

CİS tətbiqi ilə coğrafiya fənnini tədris edəcək müəllimlərə III təlim keçirilib

  • Bazar ertəsi 13 Dekabr 2021



10.12.2021 tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsinin qalibi olmuş Astara 3 nömrəli tam orta məktəbin müəllimi Nəvai Qənbərovun rəhbəri olduğu  “Coğrafi İnformasiya Sistemlərinin (CİS) tətbiqi ilə coğrafiya fənnini tədris edəcək müəllimlərə təlim” layihəsi çərçivəsində ilk təlim həyata keçirilib. “Google Meet” platforması üzərindən onlayn formatda həyata keçirilən təlimdə layihənin rəhbəri N.Qənbərov, layihənin eksperti S.Salayev, Təhsil Nazirliyinin nümayəndəsi və layihəyə seçilmiş coğrafiya müəllimləri iştirak edib.

Peşəkar CİS təlimçisi Samir Vəlizadə tərəfindən “Google Earth Pro proqram təminatı ilə praktiki işlərin icrası” mövzusunda həyata keçirilən təlim praktik şəkildə təqdim olunub. Təlim zamanı nümunə üçün Google Earth proqramı vasitəsi ilə Şuşa şəhərinə virtual səyahət olunub. Google Earth Pro proqram təminatından istifadə olunaraq Aral gölünün illər əvvəlki vəziyyəti ilə indiki vəziyyəti müqayisə olunub. Müəllimlərin dərs zamanı tədris proqramında nəzərdə tutulan “Səhraya çevrilən dəniz” mövzusunu təqdim etmək üçün CİS texnologiyasının müasir nailiyyətlərindən bu şəkildə istifadəsi bir daha stimullaşdırılıb. Növbəti təlimə qədər iştirakçılara praktiki tapşırıqlar verilib.

Qeyd edək ki, layihənin icra planına uyğun olaraq həftədə 2 dəfə olmaqla toplamda 24 təlim həyata keçirilməsi nəzərdə tutulub. Növbəti təlim  “Google Earth və laylar üzərində kiçik xəritənin tərtib olunması” mövzusunda həyata keçiriləcək.