146
logo

Gələcəyin aqronomları təcrübə sahəsində olublar

  • Çərşənbə 15 Dekabr 2021



V Qrant müsabiqəsi çərçivəsində "Gələcəyin Aqronomları"adlı layihə həyata keçirilmişdir. Layihənin rəhbəri Göygöl rayon Aşıqlı kənd tam orta məktəbin ingilis dili müəllimi Aysel Allahverdiyevadır.

Layihənin həyata keçirilməsində əsas məqsəd, orta məktəbdə təhsil alan şagirdlərin iqtisadiyyatımızın dinamik inkişafı, sosial rifah və sosial ədalət naminə bütün ixtisas və peşələrə eyni gözlə baxmasından, dövrün tələblərinə uyğun olaraq həmin peşəni bilən mütəxəssislər yetişdirilməsindən ibarətdir.

Müddəti 3 ay nəzərdə tutulan layihə çərçivəsində Göygöl, Samux və Gəncədən 25 nəfər şagird təlimlərə cəlb olunmuşdur.

Təlim çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinin tabeliyində olan baytarlıq bölməsində gedilərək, əyani surətdə tanış olublar.

Şərabçılığın inkişafının təmin edilməsi məqsədilə həmin universitetin "Qida məhsulları mühəndisliyi və ekspertiza" kafedrası ilə yaxından tanış olan şagirdlər burada mikro şərabçılıq şəraiti yaradılan zirzəmidə tədris və elmi-tədqiqat işlərinin praktiki həyata keçirilmə imkanlarından yararlanmışlar.

Texnika elmlər doktoru, professor Hasil Fətəliyev təlim boyu şagirdlərin bütün suallarını cavablandırmış, onlara bu ixtisasların ölkəmizdə vacibliyindən bəhs edərək, peşəkarlara ehtiyac olduğunu və ölkəmizin mütəxəssisləri yüksək dəyərləndirdiyini nəzərə çatdırmışdır. Bu da öz növbəsində, bu ixtisasları seçmək üçün şagirdlərdə böyük ruh yüksəkliyi yaratdı.

Layihə çərçivəsində  əkin sahələrinə ekskursiyalar təşkil edilib və şagirdlərin kənd təsərrüfatı sahəsinə marağı artırılıb.

Qeyd edək ki, şagirdlər Şəmkir  Aqropark və Biotexnologiya Mərkəzinə ekskursiya edərək  mərkəz haqqında məlumat əldə etmiş, burada gedən işlərdən tanış olmuşlar. Biotexnologiya Mərkəzininin direktoru, biologiya üzrə fəlsəfə elmlər doktoru, dosent, təlimçi Abbas İsmayılov proses haqqında şagirdlərə ətraflı məlumat vermiş, şagirdlərin suallarını cavablandırmışdır.