“Təhsildə 3D texnologiyaların tətbiqi” layihəsinin yekun tədbiri
Azərbaycan
Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə V qrant müsabiqəsi çərçivəsində qalib olmuş " Təhsildə 3D
texnologiyaların tətbiqi " adlı layihəyə yekun vuruldu.
Dekabrın 15-də 7 nömrəli
məktəbdə layihənin yekun hesabatı və layihə iştirakçılarının sertifikatlarının
təqdimetmə mərasimi keçirildi.
Layihə 3D
texnologiyaları vasitəsi ilə şagirdlərin təcrübi biliklər qazanmasını və
onlarda problem həll etmə bacarıqlarını inkişaf etdirməsini hədəfləmişdi.
Ümumilikdə layihəyə
Bakı şəhəri üzrə 4 məktəbdən (7, 189-190, 60,212 nömrəli məktəblərdə) iştirakçılar qatılmışdır.
7 nömrəli məktəbin
direktoru, layihə rəhbəri Könül Təhməzova tədbiri giriş sözü ilə açaraq layihə
çərçivəsindən görülən işlər barədə ətraflı məlumat verdi. Müsabiqələrə dəstək
olduqları üçün Təhsil Nazirliyinə, layihənin ərsəyə gəlməsində əməkdaşlıq edilən
Bakı Şəhəri üzrə Təhsil İdarəsinə,
7,189-190, 60, 212 nömrəli məktəblərin rəhbərlərinə, müəllimlərə və
şagirdlərə təşəkkürünü bildirdi.
Tədbirdə Təlimə Dəstək Mərkəzinin (TDM) direktoru İlkin Həsənov, TDM-in direktor müavini Zaur Balaqadaşov, BŞTİ- nin Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə, AGMA-nın sədri Rüfət Əsədzadə, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova, Təhsil Nazirliyinin nümayəndəsi Günel Kərimli, layihə ekspertləri, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak etmiş, layihə ilə bağlı fikirlərini söyləmişlər, həmçinin tədbirdə məktəbin şagirdlərdən ibarət xor kollektivi və rəqs qrupu çıxış etdilər.
Çıxışlardan sonra Könül
Təhməzova layihədə iştirak edən müəllimlərə və layihə ekspertlərinə
sertifikatlar təqdim edib, "STEAM Azərbaycan Festivalı 2021”-in qalibi olan
şagirdlərləri və layihə rəhbəri, 7 nömrəli tam orta məktəbin informatika müəllimi
İlahə Hüseynovanı təşəkkürnamə ilə mükafatlandırdı.
Xatırlatma üçün
bildirək ki, layihə STEAM Azərbaycan festivalında "3D CAD"
kateqoriyası üzrə Respublika üzrə lII yerə layiq görülmüşdür.
Tədbirin
aparıcısı, “Əlaçı” televiziya layihəsinin
qalibi, 11-ci sinif şagridi Nəcibə
Allahverdiyeva “Uğurlarımız Prezidentinimizin doğum
günü hədiyyəsi olsun” sözləri ilə bitirdi.
Tədbirdən sonra təhsildə
tətbiq olunacaq 3D texnologiyaları qonaqlara əyani şəkildə nümayiş etdirildi,
dinləyiciləri
maraqlandıran suallar ətraflı cavablandırıldı.