146
logo

Ağcabədi rayonunda “Məktəbli qızların əl işləri sərgisi” layihəsi yekunlaşıb

  • Bazar ertəsi 20 Dekabr 2021



Yeganə Abiyevanının rəhbərlik etdiyi “Məktəbli qızların əl işləri sərgisi” layihəsinin məqsədi ümumtəhsil məktəblərdəki məktəbli qızların ictimai-sosial həyatda aktiv, yaradıcı bir fərd kimi formalaşmasına yardımçı olmaq, onlar arasından istedadlı uşaqların aşkar olunması və dəstəklənməsi üçün yaradıcı mühitin inkişaf etdirilməsi, onların ictimai təşəbbüslərinin dəstəklənməsi, bilik və bacarıqlarının artırılmasına və asudə vaxtlarının səmərəli təşkil olunmasına stimul verməkdən ibarətdir.

Belə ki, təbliğat işləri bitdikdən sonra müsabiqə təşkil olunub. Bu müsabiqəyə qatılmaq üçün rayon məktəblərindən əl işlərinin qəbulu aparılıb. Müsabiqə bitdikdən dərhal sonra istedadlı uşaqlar üçün yaradıcı mühitin yaradılması məqsədilə ustad dərslərinə start verilib.

 

Müsabiqə və ustad dərsləri bitdikdən sonra xüsusi yaradılmış ekspertlərin köməyilə ən maraqlı işlər mükafatlandırılıb və ümumilikdə 2 gün ərzində müsabiqəyə qatılmış bütün əl işləri Ağcabədi Gənclər Evində rayon ictimaiyyətinə sərgi şəklində təqdim olunub. Layihə çərçivəsində görülən işlər şagirdlərin əl işlərini özündə əks etdirən jurnal çap edilib.

 

Layihə Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsi çərçivəsində qalib olub və sentyabrın 15-dən dekabrın 15-dək davam edib. 

Onu da qeyd edək ki, layihə çərçivəsində gənc müəllimlərin cəlb olunması, təlim məzmunun hazırlanması və ekspertlərin təminində Azərbaycan Gənc Müəllimlər Assosiasiyası ilə tərəfdaşlıq edilib.