146
logo

Müasir müəllimin pedaqoji saytı

  • Bazar ertəsi 20 Dekabr 2021



V qrant müsabiqəsinin qalib layihəsi olan “Müasir müəllimin pedaqoji saytı” layihəsinin "Microsof Teams" platforması üzərindən onlayn qaydada bağlanış tədbiri keçirildi.

 

Tədbiri giriş sözü ilə  layihə rəhbəri Elçin Abbasov açaraq iştirakçılara layihənin məqsədi, vəzifələri, indiyə qədər görülən işlər və layihənin davamlılığı üçün bundan sonra görüləcək işlər haqqında məlumat verdi.


Tədbirdə Cəlilabad RTŞ-nin aparıcı məsləhətçisi Rəxşəndə Qasımova, Cəlilabad Rayon Gənclər və İdman idarəsinin rəisi Elçin Hüseynov, İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) bölgə üzrə nümayəndəsi Ziya İsmayılov, layihənin eksperti Əməkdar müəllim Gülnarə Məmmədova, Bakı şəhəri 279 nömrəli tam orta məktəbin direktoru Südabə Abdullayeva, Əməkdar müəllim Sona Hacılı, ADPU-nin Cəlilabad filialının müəllimi Dürdanə Əliyeva, təlimlərdə iştirak edən müəllimlər iştirak edirdi. Tədbir iştirakçıları çıxışlar edərək layihənin əhəmiyyətindən, təhsilə, müəllimlərə verdiyi faydalardan danışaraq davamlılığını arzulamışlar.

 

Məlumat üçün bildirək ki, dekabrın 11-də "Müasir müəllimin pedaqoji saytı" layihəsinin təltifetmə mərasimi keçirilmişdir.

Layihədə iştirak edən Cəlilabad və ətraf rayonlardan olan müəllimlər təltif edilib. Həmçinin təlimdə fəal iştirak edən müəllimlərə sertifikatlar, müsabiqə qaliblərinə diplomlar təqdim olunub.